Baş mühəndis

  • Başak Group
  • Elanın qoyulma tarixi: 09.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCad
  • İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
  • Punktual və ünsiyyətcil olması;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Layihələr üzrə araşdırmalar etmək;
  • Material sərfini hesablamağı bacarmaq
  • Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
  • İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
  • Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,şənbə yarı iş rejimi
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı:  2500 + layihələr üzrə bonus
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühəndis” yazaraq göndərə bilərlər.