İstehsalata texniki yardım qrupu üzrə rəhbər

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 16.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

Vakansiyanın adı: İstehsalata texniki yardım qrupu üzrə rəhbər

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• İstehsalatın texniki hazırlığının təmin edilməsi;
• Avadanlığa günlük, həftəlik, aylıq və illik baxım planlarının hazırlanması və icrası
• Avadanlığın vaxtı-vaxtında texniki istismarına, onların fasiləsiz və yüksək keyfiyyətli işinə, vaxtı-vaxtında keyfiyyətli təmir işlərinin həyata keçirilməsinə nəzarət edilməsi;
• İstismar və  təhlükəsizlik baxımından lazım, həm də maddi cəhətdən sərfəli olacaq avadanlıqların  dəyişdirilməsi və ya modifikasiya edilməsi təkliflərinin verilməsi;
• Texniki məlumatların, işin göstəricilərinin və nəticələrinin öyrənilməsi və analiz edilməsi, onların ümumiləşdirilməsi və  sistemləşdirilməsi, müasir hesablama texnikaları vasitəsilə lazımi hesabatların aparılması;
• Avadanlıqların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına nəzarət edilməsi;
• Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanmasına rəhbərlik edilməsi;
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, qurğuların yenidən qurulmasına rəhbərlik edilməsi;
• Texniki xidmət göstərdiyi qurğuların, elektrik, qaz, su avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi;
• Zavodda olan elektrik, su, qaz sayqaclarına nəzarət edilməsi, aylıq, illik sərfiyyat barəsində hesabatın verilməsi ;
• İşçiləri üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və işçilər tərəfindən əməyin təhlükəsizliyi tələblərinə riayət edilməsinin təşkil edilməsi və buna nəzarət edilməsi;
• İşin görülməsi zamanı ətraf mühitin qorunmasına yönəlmiş tələblərə riayət edilməsi;
• Birbaşa rəhbəri tərəfindən qoyulmuş texniki planların və digər tapşırıqların keyfiyyətlə və vaxtında icra edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

Ali texniki təhsil;
Kompüterlə işləmək bacarığı;
Texniki rəsm və cizgilərin çəkmə bacarığı;
AutoCAD proqramında işləmək bacarığı;
Azərbaycan və rus dillərini bilmək;
Texnika sahəsində azı 5 il stajı.

FƏRDİ  KEYFİYYƏTLƏR:

İdarəçilik bacarığı;
Məsuliyyətlilik;
Diqqətlilik;
Ədalətlilik.


Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə İstehsalata texniki yardım qrupu üzrə rəhbər yazmaqla

[email protected]

email ünvanına göndərməlidirlər.