Satış rəhbəri

  • Ecopress
  • Elanın qoyulma tarixi: 05.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
  • B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək;
  • Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
  • Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
  • Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
  • Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
  • Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
  • Partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması, müştəri bazasının genişləndirilməsi;
  • Müştərilərlə sərbəst işləmə bacarığı.
  • Şirkəti yüksək şəkildə  təmsil etmək;
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması
  • Satış axınını gücləndirmək və nəzarətdə saxlamaq
  • Satışda yaranmış probləmləri operativ həll etmək
  • Satış komandasının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
  • Komandanın motivasiyasının yüksək saxlanılması üçün təkliflər hazırlamaq və komandanın hədəflərinə çatmasında lazımı dəstəyi təmin etmək;

Tələblər:

  • Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
  • Ümumi satış təcrübəsi 5-8 il, rəhbər təcrübəsi ən azı 3 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
  • Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
  • Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.
  • Tenderlərlə bağlı iş təcrübəsi

İş şəraiti: 

  • İş saatı 09:00-18:00-dək
  • Həftədə 5 günlük iş qrafiki .
  • Nahar vaxtı 13:00-14:00-dək
  • Ə/h müsahibə əsasında təyin olunur. ( FİX+Bonus )
  • Yaş: 28-40
  • Cinsi: Kişi.

Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış rəhbəri” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.