Məişət texnikası üzrə mühəndis

  • Soliton
  • Elanın qoyulma tarixi: 02.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

  • Təmirarası xidməti briqadasının işçilərinə rəhbərlik etmək, avadanlıqların təmirini nəzarətdə saxlamaq, operativ tapşırıqların işlənib hazırlanmasında iştirak etmək;
  • Briqadalara və ayrı-ayrılıqlı ustalara istehsal tapşırıqları təyin etmək;
  • Təmir avadanlıqlarının düzgün istismarının nəzarətini həyata keçirmək;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək və s.

Tələblər:

  • Mühəndislik və ya aidiyyati sahə üzrə ali təhsil
  • Müvafiq sahədə 1-3 illik iş təcrübəsi ;
  • Komandada işləmə qabiliyyəti;
  • Nəticəyönümlülük;
  • İdarəetmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

İş şəraiti:

  • İş yeri: Soliton Servis Mərkəzi (Bakı ş., Şamaxı yolu 15-ci km)
  • İş rejimi: 6 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 800-1500 AZN 
  • Əlavələr: Nahar şirkət tərəfindən təmin edilir
  • 20 Yanvar m.st-dan servis xidməti

İşəgötürənin reytinqi