Mühasib

İşin təsviri

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi

Azərbaycan, Bakı
İyul, 2013

Vəzifənin adı:
 

Mühasib
 

Vəzifə təsviri:

Mühasib birliyin həyata keçirdiyi layihələrin maliyyə sənədlərinin və hesabatlarının hazırlanması, proqram işçilərin əmək münasibətlərinin qurulması, sosial ödəmələrin təşkili və müvafiq proqramlar üzrə dövrü (aylıq, rüblük və illik) maliyyə hesabatları və bəyannamələrinin hazırlanması ilə məşğul olur.

Vəzifə və səlahiyyətləri:

• birliyin maliyyə sənədlərinin saxlanması və qorunması ilə məşğul olur;
 • birliyin müxtəlif tədbirlərinin keçirilməsi ilə bağlı icarə müqavilələri və sənədlərinin toplanması həyata keçirir;
 • birliyin maliyyə vəsaitlərinin qəbulu və bu maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti həyata keçirir;
 • Donor təşkilatlar, Vergilər nazirliyi, Dövlət Sosial Müdafiə Fondu üçün aylıq, rüblük və illik maliyyə hesabatlarını və bəyannamələrini hazırlayır;
 • birliyin daimi və müqavilə əsasında çalışan işçilərinin əmək müqavilələrini hazırlayır, onların əmək haqlarının ödənilməsini təşkil edir;
 

Tələblər:
 

• Mühasibatlıq təcrübəsi olmaq;
 • Komputer proqramlarını (Microsoft Word, Microsoft Excel və digər maliyyə-uçot proqramları) bilmək;
 • Azərbaycan dilini yaxşı, ingilis və rus dillərini orta səviyyədə bilmək;
 • Vergilər, Mülki, İnzibati xətalar, Cinayət Prosessual Məcəllələrini, «QHT-lər haqqında», “Qrant haqqında”  qanunları bilmək;

Müsabiqədə iştirak etmək istəyənlər CV-ni

[email protected]

elektron poçtuna “subject” hissəsinə “Mühasib” yazıb göndərə bilərlər. “subject” doğru yazılmayanlara baxılmaya bilər.

Əmək haqqı 450 manatdan başlayaraq layihələrə uyğun olaraq artır. İş vaxtı razılaşma əsasında müəyyən edilir.

Müarciət  üçün son tarix 31. 07. 2013