Əmək haqqı üzrə HR mütəxəssis

  • Zirinc Group
  • Elanın qoyulma tarixi: 01.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Bütün əməkhaqqı əməliyyatlarının dəqiq və vaxtında yerinə yetirilməsini təmin etmək üçün iş axınını idarə etmək;
  • İşçilərin əməkhaqqı hesablamalarının qanun və qaydalara uyğun olmasını təmin etmək;
  • Təsdiq edilmiş vaxt cədvəllərini nəzərdən keçirmək və düzgünlüyünü təmin etmək;
  • Rəsmi və qeyri-rəsmi tabellərin hazırlanması;
  • İşəgötürən tərəfindən ödənilən müavinətlərin düzgün şəkildə vergiyə cəlb olunduğuna əmin olmaq;
  • Düzgün hesablanmanı və uyğunluğu təmin etmək;
  • Əlavə istirahət günləri ilə bağlı ərizələri toplamaq, işçilərin yığılmış əlavə gün balansına nəzarət etmək;
  • Xəstəlik məzuniyyətlərini, işsizlik və işçilərin kompensasiyalarını, həmçinin sosial təminat ödənişlərini hesablamaq;
  • Bütün tutulmalı məbləğləri, nağd avansları və digər xüsusi əməkhaqqı ayırmalarını izləmək və çıxmaq;
  • Əmrləri, protokolları hazırlamaq, sənədləri toplamaq və DSMF-yə göndərmək;
  • İşçilərin müraciətləri əsasında əməkhaqqı ilə bağlı məktubları hazırlamaq;
  • İşçilərin əməkhaqqı ilə bağlı sorğularına vaxtında cavab vermək;
  • Əməkhaqqı ilə əlaqədar problemləri və ya sualları araşdırmaq, təhlil etmək və həll etmək;
  • Yenicə verilmiş Əməkhaqqı ilə bağlı Xırda pullara dair hesabatları hazırlamaq;
  • Maaş və məzuniyyətin hesablanması, əmr və hökumət hesabatlarının hazırlanması (Pensiya Fondu, Statistika, VERGİ hesabatı-aylıq, rüblük, illik) daxil olmaqla əməkhaqqının idarə edilməsi (yerli və əcnəbi işçilər);
  • Dövlət Miqrasiya Xidməti üçün sənədlərin hazırlanması daxil olmaqla miqrasiya məsələlərinin monitorinqini aparmaq və dəstək göstərmək. Viza məsələlərində dəstək göstərmək;
  • Şirkətin kompensasiya və müavinət siyasətlərini tətbiq etmək;
  • İş saatı 09:00-dan 18:00-dək, həftənin 6 günü;
  • Nahar ilə təmin edilir;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək
  • Şirkət: Zirinc Group MMC ve Shazeli Group MMC

Tələblər:

  • İqtisadiyyat və ya maliyyə və ya digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Əmək haqqı vəzifələrində minimum 1 il iş təcrübəsi;
  • Əmək və Vergi qanunvericiliyini yaxşı bilmək;
  • Ofis proqramları üzrə güclü kompüter bacarığı;
  • Məxfi materiallarla həssas davranmaq bacarığı;
  • Qərar qəbuletmə, problemi həlletmə və analitik bacarıqlar;
  • Ünsiyyət qurma, təşkilati, çoxlu sayda tapşırıqları yerinə yetirmə və prioritetləşdirmə bacarığı.

Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində " HR Payroll Specialist " yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur.