Marketoloq-Analitik

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 30.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin məhsul və ya xidmətinin istehlakçılar arasında nə qədər tələb olunduğunu öyrənmək,
  • Bazarda tələbin və potensialın dinamikasını qiymətləndirmək,
  • Rəqiblərlə müqayisəli təhlil aparmaq və tanıtım üçün sərfəli platformalar axtarmaq,
  • Bazar araşdırması aparmaq, məhsula dair təklif verilməsi üçün istehlakçıya yönəlik məqsədyönlü bazar seqmetlərini müəyyən etmək,
  • Məhsula dair narazıçılıqları müəyyən edib, məhsula olan tələb, məhsulda olan narazıçılıq və uyğunsuzluqları aradan qaldırılması və məhsula tələb olunan düzəliş olunması üçün bu haqda rəhbərə məlumat vermək,
  • Qiymət siyasətinə və rəqib brendlərə olan tələbatı araşdırmaq, təhlil aparmaq və rəgabətli olmaq üçün təkliflər vermək.

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
  • Təhsili/ixtisası: Ali
  • Bacarıqlar: Data analitikası proqramlarından  istifadə bacarığı.
  • Dil bilikləri: İngilis dili, Rus dili bilməsi üstünlükdür.
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

  • Struktur: Marketinq şöbəsi
  • İş rejimi:  5 gün  09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
  • Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini " Marketoloq- Analitik" başlığı altında göndərmələri xahiş olunur