Metal konstruksiya üzrə mühəndis konstruktor

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 26.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır;
  • İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini təmin edir;
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
  • İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
  • Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
  • Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin  konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir;
  • Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və   işçi layihələrinin müvafiq qaydada hazırlanmasına iştirak edir;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • İnşaat konstruksiyası və metal konstruksiyaların layihələndirilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
  • Müəllif nəzarətini yerinə yetirə bilməlidir;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Metal konstruksiya üzrə mühəndis konstruktor” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi