Keyfiyyətə nəzarət üzrə böyük mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsalatın texnoloji prosesində meydana gəlmiş əyintilər, dеfеktləг, zay məhsul buraxılışı və digər prosesləri araşdırmaqla, bu cür çatışmazlığın аrаdаn qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək; 
  • Meydana çıxa biləcək uyğunsuzluqları vaxtında aşkar etmək məqsədilə keçirilən daxili keyfiyyət tədbirlərinə nəzarət etmək; 
  • TSE-İSO-EN-9001 keyfiyyət sisteminin əsas prinsiplərini təşkilat daxilində işçilərin nəzərinə çatdırmaq;
  • Keyfiyyətlə bağlı tədbirlərin Zavodun struktur vahidlərində - istehsalat sahələrində, obyektlərində normativ sənədlərə uyğun yerinə yetirilməsinə nəzarət etmək 
  • Zavodun normativ keyfiyyət effektivliyinin Beynəlxalq Standartlara uyğunluğunu analiz etmək; 
  • Zavodun mülkiyyətində olan, bilavasitə istehsalatda istifadə edilən təlimatda nəzərdə tutulan bütün növ ölçü-sınaq cihazlarının, avadanlıqların lazimi dərəcədə keyfiyyətli məhsul buraxılışında saz vəziyyətdə olmasına vaxtaşırı keyfiyyət baxışı keçirmək; 
  • İstehsalat və emal prosesində məhsulun keyfiyyətinə təsir edən hadisələri təhlil etmək, araşdırmaq və profilaktik tədbirləri təşkil etmək; 
  • Keyfiyyət üzrə layihələrin, əmrlərin və təkliflərin hazırlanmasında iştirak etmək; 
  • Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarəti təmin etmək; 
  • Keyfiyyət Nəzarət Planının hazırlanması və icrasına nəzarət etmək; 
  • İstehsalat və emal sahələrinin əməliyyat prosedurlarına əsaslanan keyfiyyətət nəzarət üzrə təlim proqramlarının hazırlamaq; 
  • Yeni istehsal və emal əməliyyatları, eləcə də innovativ təşəbbüslərin keyfiyyət strategiyalarını hazırlamaq;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş“ Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”ni işdə rəhbər tutmaq.

Tələblər:

  • Müvafiq sahə üzrə 4 il mütəxəssis və ya rəhbər vəzifələrdə iş təcrübəsi;
  • Müvafiq sahə üzrə ali təhsil;
  • Dil bilikləri (İngilis dili);
  • Azərbaycan Respublikasının icra və sərəncamverici orqanlarının fəaliyyət sahəsi üzrə Qərar və Sərəncamlarını bilməli;
  • Qüvvədə olan normativ sənədləri bilməli,
  • TSE-İSO-EN 9001, TSE-İSO-EN-14001, TS-18001 Beynəlxalq Standartların tələblərini bilməli;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”ni bilməli
  • Müvafiq iş standartları və prosedurlarının, işin təhlükəsiz yerinə yetirilməsi üçün sistemlərin hazırlanması bacarıqları;
  • Microsoft Office proqramları (Word, Excel, Power Point, Outlook).

Dərəcə: 15

Maaş: 2183 azn/aylıq               

İş yeri: SOCAR Metanol Zavodu ( Ünvan: Qaradağ r-nu, Salyan şosesi, 22-ci km )

Son müraciət tarixi: 31.05.2023

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Keyfiyyətə nəzarət üzrə böyük mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi