İşin təsviri
İş barədə məlumat:
- Avtomobil, hava, dəmir yolu və dəniz ilə daşımaların həyata keçirilməsi üzrə işlərin təşkili və idarə olunması;
- Danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
- Yük daşıma agentləri ilə gündəlik əlaqə və yüklərin vaxtında izlənilməsi. Yeni nəqliyyat şirkətlərinin və müştərilərin araşdırılıb tapılması;
- İdxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşrutlarının müəyyən edilməsi, optimal marşrut xəttlərinin seçilməsi və daşınmanın təşkil edilməsi;
- Daşıma hərəkətlərinin reyestrinin yaradılması, planlaşdırılan tarix üzrə icra vəziyyətinin izlənilməsi;
- Aylıq hesabatların hazırlanması;
- Bazar tendensiyalarının öyrənilməsi;
- Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışının nəzarətdə saxlanılması;
- Şirkətin biznes etikası, davranış qaydaları və nizam-intizamına riayət edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi, görülən işlərdə məxfiliyin qorunması prinsipinə riayət edilməsi.
Namizədə tələblər:
- Logistika və müştəri xidmətləri sahəsində ən azı 2 il iş təcrübəsi;
- Beynəlxalq ticarət və coğrafiya sahəsində yüksək bilik;
- Səlist Azərbaycan, Rus və İngilis dili biliyi;
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook);
- İnsanlarla ünsiyyət qurma və danışıqlar aparma qabiliyyəti;
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olması
- Stressli şəraitdə işləmək bacarığı
Qeyd: Biliyi, bacarığı və iş qabiliyəti olmayan şəxslərin müraciət etməməsi xahiş olunur.
İş şəraiti: 09:30-dan 18:00-dək (nahar vaxtı 13:00-dan 14:00-dək), AR qanunvericiliyinə əsasən sənədləşmə
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
CV-ləri e-mail ünvanına göndərməyiniz xahiş olunur.