Document controller

  • ABC - 2010
  • Elanın qoyulma tarixi: 22.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Cəmiyyətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
  • Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
  • Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək;
  • Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək;
  • Daxil olan məktubları və sənədləri qeydiyyata salıb, işçilərə çatdırılmasını təmin etmək;
  • Göndərilən məktubları və sənədləri lazimi qaydada hazırlayıb qeydiyyata salıb, müəyyən ünvana çatdırılmasını təmin etmək;
  • Əmrləri və protokolları skan etmək və Cəmiyyətin daxili proqram təminatında qeydiyyata salmaq;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
  • Xidməti sənədlərin mühafizəsini təmin etmək;
  • Əmr, qərar, məktub və tapşırıqlar siyahısının hazırlanması, icrası haqqında gündəlik Rəhbərliyə məlumatların təqdim edilməsi;

Namizədə tələblər:

  • Təhsil dərəcəsi: Bakalavr
  • Kargüzarlıq istiqaməti üzrə Təhsil istiqaməti və ixtisası və təcrübə
  • Təcrübə: sahə üzrə ən az 3 il,
  • Məsuliyyətlilik
  • Ünsiyyət qurmaq bacarığı
  • Etibarlılıq
  • Detallara fikir vermək qabiliyyəti
  • Azərbaycan əla səviyyədə, İngilis dili  və Rus dili orta səviyyədə
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

ABC - 2010 tərəfindən digər vakansiyalar