Bazar araşdırmaları üzrə mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsilin olması mütləqdir (Marketinq, menecment, biznesin idarə edilməsi, iqtisadiyyat istiqamətləri üzrə ali təhsil üstünlükdür); 
  • Enerjili, təşəbbüskar, kommunikasiya bacarıqlı və tənqidi düşüncə tərzinə malik namizədlərə üstünlük verilir;
  • Namizədin bazar araşdırmaları, bazarın monitorinqi, merçendayzinq və ya satış sahəsində minimum 2 illik iş təcrübəsi olmalıdır;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir (şəxsi avtomobilin olması üstünlükdür);
  • Mütəmadi olaraq bölgələrdə ezamiyyətlərə hazır olmalıdır;
  • Yaxşı səviyyədə Excel və digər MS Office proqramları biliyi mütləqdir;
  • Pərakəndə satış şəbəkələrində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:  

  • Müştərilərlə görüşlərin, sorğuların, sınaqların və fokus-qrupların keçirilməsi proseslərini təşkil edəcək;
  • Bazarda xidmət səviyyəsi üzrə monitorinqlər edəcək;
  • Rəqib marka və məhsulların çeşidliliyini, satış qiymətlərini və şərtlərini, aktual stimullaşdırma aksiyalarını monitorinq edəcək;
  • Müvafiq satış şəbəkəsi üzrə marka/kateqoriya tələblərinə uyğun məhsul düzülüşü, rəf istifadəsini monitorinq edəcək;
  • Toplanmış məlumatlar əsasında müvafiq baza formalaşdıracaq və hesabatlar təklif edəcək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1100 – 1200 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bazar araşdırmaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.