İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 20.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi müddəalar və əsas vəzifə öhdəlikləri:

  • Yaş: 25-35
  • Cins: qadın
  • İctimaiyyətlə  və KİV-lə əlaqələri təşkil edir.
  • KİV nümayəndələri ilə əlaqələrin strategiyasını işləyib hazırlayır və  idarənin korporativ imicinin formalaşması planını hazırlayır.
  • İctimaiyyətlə əlaqələr kampaniyalarının keçirilməsi planını hazırlayır və planlaşdırılmış aksiyaların idarənin imicinə təsirinin ölçülməsini təşkil etmək.
  • İctimaiyyətlə Əlaqələr kampaniyasının büdcəsini müəyyən etmək.
  • Təşkilatın elmi tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətlər, təşkilatın sosial-iqtisadi vəziyyətinin əsas istiqamətlərini işləyib hazırlayıb, üsullarını təqdim etmək.
  • Təşkilatın rəhbərləri ilə müsahibələri, mətbuat konfranslarını, brifinqləri, təşkil edir.
  • Təşkilatın fəaliyyəti haqqında mətbuat yayımının, korporativ bülletenlərin, idarənin ümumi hesabat sənədlərinin təşkilinin fəaliyyəti haqqında digər məlumatları kütləvi mətbuat vasitələri üçün hazırlanmasını təşkil etmək.
  • Təşkilatın fəaliyyəti ilə bağlı ətraf mühiti təhlil etmək,  sorğular  təşkil etmək və təşkilatın  siyasətinə və imicinə olan münasibətlərin aşkar edilməsi üçün ictimaiyyət ilə müsahibə üçün anketləri təşkil etmək.
  • İctimaiyyətin  öyrənilməsi  mərkəzləri ilə qarşılıqlı əlaqələrin təşkil olunması, təşkilatın fəaliyyəti haqqında ictimaiyyətin fikrini öyrənmək üçün xüsusi  poqramları hazırlamaq.
  • İctimaiyyətin təşkilatın fəaliyyəti haqqında olduqları fikrini  təşkilatın rəhbərliyinə çatdırır.
  • Cəmiyyətin  sosial, iqtisadi və siyasi baxışlarını  təhlil edir, gələcək üçün proqnozları işləyib hazırlayır və xoşagəlməz  tendensiyaları vaxtından əvvəl  üzə  çıxarır.
  • KİV sorğularını təhlil etmək  və ictimaiyyətin  nüməyəndələrini  təşkilatın fəaliyyəti ilə məlumatlandırmaq, təşkilatın bu və ya digər tədbirləri ilə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin məlumatlandırılması.
  • Reklamsız ictimaiyyətin  diqqətini  cəlb etmək üçün və təşkilatın imicini artırmaq üçün  məlumatlandırıcı vasitələrdən (sərgi, prezentasiya və s.)  istifadə etmək.
  • Təşkilatın  cürbəcür  tədbirlərdə iştirak etməsi təkliflərini  təhllil etmək (sərgilərdə, mətbuat konfransı, festivallar və s).
  • Təşkilatın bütün uğurlu addımları haqqında məlumatların yayımında bütün lazım olan  vasitələrdən təşkilatın çisəklənməsi üçün  istifadə etmək.
  • İctimaiyyətlə Əlaqələr kampaniyalarının keçirilməsinin  effektivliyini təhlil etmək.
  • KİV-n  təşkilat  haqqında yaydıqları məlumatları ümumiləşdirmək, təhlil etmək və rəhbərliyin  diqqətinə çatdırmaq.
  • Təşkilatın ünvanına yönəldilmiş tənqidi  rəylərə cavab vermək (cavab çıxışlarını hazırlamaq, effektiv formada tənqidləri şərh etmək və aydınlaşdırma aparmaq üçün mətbuat konfranslarını təşkil etmək).
  • KİV-lə qarşılıqlı əlaqələrin  inkişafı üçün təşkilatın rəhbərləri üçün müvafiq treyninqlərin təşkil edilməsi.
  • Rəqiblərin ictimaiyyətlə əlaqələr strategiyasını təhlil etmək və onların zəif tərəflərini  üzə çıxartmaq.
  • Korporativ daxili tədbirlərin keçirilməsi üçün rəy yığmaq üçün təşkilatın işçiləri arasında sorğuları təşkil edir.
  • Təşkilatın ictimaiyyətlə əlaqələr işinin arxivini təşkil etmək.
  • Təşkilatın rəhbərlərinə görülən işlərin hesabıtını təqdim etmək.
  • Yeni tendensiyaların müəyyən edilmsi məqsədilə bazara daim baxış keçirilməsi və şirkətə ən çox uyğun gələnlərinin tətbiq edilməsi.
  • Sosial şəbəkələrdə olan səhifələrin idarə edilməsi.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

  • Ali təhsil;
  • Azərbaycan, rus və ingilis dilində sərbəst yazı və danışıq qabiliyyəti;
  • KİV və digər vasitələrlə işləmə əsaslarını;
  • PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərini;
  • PR kampaniyaların təşkili və həyata keçirilməsi metodlarını;
  • KİV-in strukturu və funksiyalarını;
  • Daxili korporativ PR və digər PR istiqamətlərinin əsaslarını;
  • Reklam işinin əsaslarını bilməlidir;
  • Əla kompüter bilikləri (Microsoft Office)
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.