İşin təsviri
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- İqtisadiyyat və ya maliyyə sahəsində minimum 5 il rəhbər təcrübəsi;
- Yüksək analitik düşüncə bacarığı, təhlil və təqdimat qabiliyyəti;
- Yüksək səviyyədə İngilis dili biliyi (rus dili arzuolunandır);
- İctimai sağlamlıq və sığorta prinsipləri haqqında məlumatlılıq;
- SWOT, PESTLE, SIPOC, Mind Mapping və s. kimi metodologiya biliyi;
- MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
- Vaxtın və resursların idarə olunması bacarığı;
- Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Görəcəyiniz işlər:
- Mövcud mühitin qiymətləndirilməsi, əsas məqsədlərin müəyyən edilməsi, uğur amillərinin və təşkilati çətinliklərlə bağlı məhdudiyyətləri özündə ehtiva edən uzunmüddətli strategiya və planların hazırlanması;
- Agentliyin strategiyasının yazılmasına dəstək verilməsi, bu sahədə olan innovativ yanaşmaların təklif olunması;
- Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi və boşluq təhlillərinin aparılması;
- Gəlirlilik təhlili, proseslərin yenidən dizaynı, əməliyyat səmərəliliyi, böyümə strategiyası, strateji planlaşdırma, məlumatların toplanması, keyfiyyət təhlilinin aparılması;
- Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması;
- Strategiyanın həyata keçirilməsinə ümumi nəzarətin və şirkətin struktur bölmələri ilə koordinasiyanın təşkil olunması;
- Agentliyin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi, maliyyə və texniki göstəricilərin təhlili və yenilənməsi;
- Strateji hədəflərə çatmaq üçün əsas biznes vahidləri ilə sıx əlaqədə olmaq və lazımi analitik və statistik məlumatların yığılması;
- Strateji hədəflərin həyata keçirilməsi məqsədilə aparılan araşdırma və təhlillərdə iştirak etmək;
- Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Rəhbərlik tərəfindən verilmiş və vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 17.06.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.