Azərbaycanda product menecer üçün vakansiyalara tələbat son dövlərdə artıb. Saytımızda product manager üzrə bir çox iş elanları var.
Product Manager kimdir?
Product manager şirkətdə istehsal olunan və ya istehsal olunacaq məhsulların uğurla bazara çıxarılması üçün çalışan, birbaşa marketinq fəaliyyətini həyata keçirən, mənfəət marjasını genişləndirmək və artırmaq üçün bazarı izləyən şəxsə verilən peşə adıdır.
Product Manager nə edir? Onların vəzifə və məsuliyyətləri nələrdir?
Strategiya və satış hədəflərinə uyğun olaraq büdcə və marketinq payının yaradılmasından məsul olan product manager’in əsas vəzifələri aşağıdakılardır:
Şirkətin siyasət və nailiyyətlərini ictimaiyyətə və müştərilərə təqdim etmək və təbliğ etmək,
Məhsullarla bağlı satış və istehsal şöbəsində kadrların hazırlanması,
Məhsulun təqdimatını hazırlamaq və bu barədə personalı məlumatlandırmaq,
Məhsul satışı üçün potensial müştərilərin müəyyən edilməsi,
Satış üçün imkan sahələri və bazar tendensiyalarını araşdırmaq,
Oxşar məhsul istehsal edən və satan rəqib şirkətlərin fəaliyyətini müşahidə etmək və izləmək,
Müştərilərin məhsulla bağlı şikayətlərinin araşdırılması və qiymətləndirilməsi,
Müştərilər üçün məhsul haqqında məlum...

-

Müştərilər üçün məhsul haqqında məlumatlandırıcı proqramların təşkili və bu proqramlarda etmək,
-
İctimaiyyətlə əlaqələr və reklam işçiləri və ya şirkətlərlə yeni marketinq materiallarının hazırlanması,
-
Tanıtım üçün mətnlərin hazırlanması, tanıtım materiallarının təsdiqi,
-
İstehlakçı üçün sosial media məzmununun hazırlanması və məhsulun tanıtımı,
-
Satış zəngləri etmək və məhsulun bonus kartını müştərilərə təqdim etmək,
-
Mənfəət və zərər təhlilinin aparılması.
Necə Product Manager olmaq olar?
Product Manager olmaq üçün dörd illik bakalavr təhsili verən universitetlərin müxtəlif şöbələrini bitirmək tələb olunur. Bura Biznesin İdarə Olunması, Marketinq, Menecer, İctimaiyyətlə Əlaqələr və bunun kimi oxşar ixtisarları bitirmək və daha sonra iş təcrübənizin olması tələb olunur. Bu sayədə siz irəliləyə və daha yüksək vəzifələrə yüksələ biləcəksiniz.