Zəyəm Texnologiyalar Parkı ASC


Zəyəm Texnologiyalar parkının əsası 1962-ci ildə qoyulmuş və "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialı kimi fəaliyyətə başlamışdır.

 1966-ci ildən SSRİ Traktor və Kənd təsərrüfatı Maşınqayırma Nazirliyinin tərkibinə verildikdən sonra STX-30 markalı kartofu anbarlarlara yığıb boşaldan transportyorlar sistemi, CNU markalı çuğundur çıxaranlar, MOS-300 markalı toxumyuyan maşınlar, Balıq mühafizə qurğuları, TXB-20 markalı transportyorlar komplekti, kənd təsərrüfatı malları ehtiyat hissələri istehsal edilmişdir.

 30 iyun 2014-cü ildə səhimdarların ümumi yığıncağı zamanı tərtib edilmiş protokola əsasən "Zəyəmkəndmaş" ASC-nin adı "Zəyəm Texnologiyalar Parkı" ASC olaraq dəyişdirilmişdir.

 Bununla yanaşı “Şəmkir Aqroparkı”nda inşa edilən Logistik Mərkəzin tikintisi də Zəyəm Texnologiyalar Parkı–nın iştirakıilə həyata keçirilmişdir.
 Zəyəm Texnologiyalar Parkının inkişaf konsepsiyası ölkənin ixrac potensialının artırılması yəni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi, milli brendlərin yaradılması, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

 Zəyəm Texnologiyalar Parkı  müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri,metal körpü estakadalar,silolar, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif növ beton qəliblər, üç  və dörd gövdəli kotanlar,bina ,tunel,yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar,ekskavatorlar,qreyderlər,buldozerlər) ehtiyat hissələri(vallar,oxlar,dişli çarxlar,muftalar,oymaqlar ) və s. istehsal edir.

 Zəyəm Texnologiyalar Parkında  istehsal olun məhsullara daim nəzarət etmək üçün müasir standartlara cavab verən və ən müasir laboratoriya avadanlıqları ilə təchiz edilmişdir.