WWF-Azerbaijan


Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi 2001-ci ildən başlayaraq fəaliyyət göstərir. Bu müddət ərzində nümayəndəlik Azərbaycanda biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçimişdir. Hal-hazırda Qafqazda bəbirlərin mühafizəsi, ceyranların və bizonların reinroduksiyası, iqlim dəyişmələrinə qarşı meşə ekosistemlərinin dözümlüyünün artırılması istiqamətində layihələr həyata keçirir.

 

Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) dünyanın ən iri təbiətimühafizə təşkilatlarından biridir. Onun 5 milyondan artıq tərəfdaşı və dünyanın 100-dən artıq ölkəsində bölmələri vardır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?