WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Bu platforma təhsil provayderləri, şirkətlər, təşkilatlar və dövlət qurumlarını bir çətir altında toplayaraq, dayanıqlı və strateji inkişaf məqsədlərinin həyata keçirilməsinə dəstək verir.
WorldSkills hərəkatına qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.
WorldSkills Azerbaijan təşkilatının dəyərləri peşəkar kadrların yetişdirilməsi üçün təhsildə innovasiyanı və dövlət-özəl tərəfdaşlığını bir araya gətirir.