Biz kimik? Biz işinizi sevən peşəkarlar komandasıyıq, hansı ki, müasir dövrün və insanların tələblərini başa düşür, gözləntiləri qarşılamaq üçün çalışır. Məlum olduğu kimi, hər birimiz sevdiyimiz insanlara, işimizə, məşğuliyyətlərimizə daha çox zaman ayırmaq üçün vaxtımıza qənaət etməyə çalışırıq.

Vaxtımıza qənaət etmək üçün isə daima nələrisə arxa plana atır və yaxud qurban veririk. Biz vaxtımızın nə qədər dəyərli olduğunu bilirik. Onun üçün vaxtınıza qənaəti, tələblərinizi, gözləntilərinizi və rahatlığınızı düşünərək “VOOP” - u yaratdıq. VOOP özündə restoran və istifadəçiləri birləşdirən mobil tətbiqdir. Fəaliyətimiz istifadəçilərimizə sevdikləri restoranlardan arzuladıqları təamları tez bir zamanda çatdırmaqdır.

Məqsədimiz isə siz restorana getmədən restoranı sizə gətirməkdir. Bunun üçün lazım olan, mobil tətbiqi yükləmək və qeydiyyatdan keçməklə istifadə etməkdir. Hər birimiz yemək sifariş edərkən, yeməyin keyfiyyətinin pozulmadan ən qısa vaxta və ən minimal qiymətə çatdırılmasını istəyirik. “VOOP” mobil tətbiqi ilə artıq bu mümkündür. Rahat interfeysi və geniş restoran seçimi ilə zövqünüzə uyğun yeməyi sifariş edərək yüksək xidmətimizdən yararlana bilərsiniz.

Acmısınız? Özünüzünü yormayın, sifariş edin biz gətirək.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?