Volt Avto


"Dəyişən, anbaan yenilənən dünyamıza ayaq uydurmağın təməli, şübhəsiz, elmi-texniki nailiyyətləri izləmək, onu tətbiq etməkdir. Bu yeniliklər içərisində avtomobil bazarında olan dəyişikliklər ildən-ilə, mövsümdən-mövsümə özünü ən yüksək səviyyədə göstərməkdədir. Artıq dünyada hibrid və elektrik avtomobil ehtiyacı məişət üçün, insanların rahatlığı üçün istəklər siyahısında birincilik qazanıb.

 

Bütün bunları nəzərə alaraq, biz də bu rahatlığı və etibarlılığı təmin etməkdə qərarlıyıq.

 

1995-ci ildən avtomobil sahəsində olan təcrübəmə dayanaraq qeyd edə bilərəm ki, ölkəmizdə azad və əlverişli investisiya mühiti dövlət qayğısı sayəsində, az qala, hər gün daha da irəli gedir, daha böyük tərəqqini özündə birləşdirir. Azərbaycanda mövcud olan azad iqtisadi mühit şirkət olaraq bizim də genişlənməyimizə, dünya ilə ayaqlaşmağımıza və ən nəhayət, insanların sağlam həyat tərzinə keçidinə vasitə olmağımıza təkan verir.

 

Yarandığı gündən insanların rahatlığını və düzənli yaşamağını özü üçün məqsədə çevirən, bu yolda yenilikçi addımlar atmağı hədəfləyən şirkətimiz qısa zaman içərisində qarşıya qoyulan missiyaların bir çoxuna nail olub.

 

Belə ki artıq VOLT AVTO olaraq, çoxçeşidli elektrik avtomobil idxalçısı olmağı və sözügedən bazarda adımızdan söz etdirməyi bacarmışıq.

 

Bəs niyə məhz elektik avtomobili?

Bu sualın cavabı çox sadədir: dəyişən dünyamızda hər şeyin daha rahatına qaçdığımız kimi, eyni zamanda, özümüzün sağlamlığımızı və təbiətə verəcəyimiz zərəri maksimum azaltmalıyıq. Bu yolda atacağımız ilk addımlardan biri də məhz elektrik avtomobillərinə keçiddir.

 

VOLT AVTO olaraq, biz Azərbaycan avtomobil bazarınının və müştərilərərinin fərqli zövqdə olan istəklərini qarşılamaq üçün çoxçeşidli elektrik avtomobil idxalçısı olmağı seçmişik. Şirkətimiz hər biz müştərisinin inam və etibarını qazanmaq, onunla müştərək işbirliyini davam etdirmək məqsədilə, alınan avtomobillərə 2 illik zəmanət paketi də təqdim edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?