The Princeton Review


The Princeton Review-nun Azərbaycanda rəsmi təmsilçisi Edupol Study Abroad-dur. Edupol artıq 2012-ci ildən bəridir ki, əsasən Türkiyə universitetlərinə qəbul üçün hazırlıq kursları və universitet qəbulları həyata keçirməkdədir. Bu kurslardan biri də SAT hazırlığıdır. Edupol artıq TPR ilə əməkdaşılıq çərçivəsində ABŞ proqramlarına uyğun olaraq SAT, TOEFL kursları təşkil etməkdədir. TPR Azerbaijan eyni zamanda IELTS və ümumi ingiis dili kursları da təşkil etməkdədir ki, kursları tədris edən müəllimlər ixtisaslı, TPR tərəfindən sertifikatlaşdırılmış, eyni zamanda beynəlxalq ingilis dili müəllimi sertifikatı (TESOL) olmaqla müxtəlif proqramlar üzrə də beynəlxalq sertifikatlara (ayrı-ayrılıqda SAT, TOEFL, IELTS proqramlarının tədrisi) sahibdirlər. The Princeton Review-nun online olaraq canlı və offline dərsləri mövcuddur ki, arzu edən tələbələr bu dərslər vasitəsi ilə amerikalı müəllimlərdən online dərslər ala bilərlər.

TPR Azerbaijan qeyd edilən kursların tədrisi ilə yanaşı, bu proqramların nəticələri ilə ABŞ, Kanada, Avstraliya, Yeni Zenlandiya, Koreya, Avropa ölkələri və Türkiyə universitetlərinə qəbullarla bağlı təcrübəli mütəxəssisləri ilə məsləhət və universitet müraciətləri həyata keçirməkdədir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?