Seylab


“Seylab su”şirkəti 2017 ci ildən fəaliyyət göstərir. Xammal şəklində istifadə etdiyimiz suyun mənbəyi Xaçmaz rayonundan gələn “Şollar” suyudur. Şirkət istehsalatda yüksək standartlara cavab verən müasir texnalogiya ilə təchiz edilərək müştərilərinə ən keyfiyyətli məhsulu təqdim etməyi hədəfləyir. “Seylab” markasının yaranmasında başlıca məqsəd insanlar üçün faydalı suyu əlçatan etməkdir.
Qablaşdırmadan öncə su 3 müxtəlif filterdən – qum filteri, yumşaldıcı filter və aktivləşmiş kömür filterlərindən keçirilərək, əks- osmos sisteminə ötürülür. Öz növbəsində, əks osmos sisteminin yüksək təmizləmə qabiliyyətinə malik membranlari suyu bütün zərərli maddələrdən və ağir metallardan tam azad edir. Sonradan həmin su ozonlaşdirilaraq dolomit vasitəsilə lazımi minerallarla tam zənginləşdirilir, bakteriya əleyhinə ultra-bənövşəyi şüadan keçirilərək insan əli dəymədən qablaşdırılır.
Şirkətimizin əsas məqsədi müştəriyə fərdi yanaşmadır. Əsas hədəfimiz müştəri məmnuniyyətidir. Şərtləriniz, maliyyə imkanlarınız, fəaliyyətiniz nə olursa olsun - hər bir halda anlayışla qarşılaşacağınıza əmin ola bilərsiniz.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?