Sakuraz


Sakuraz holdinqi 2019-ci ildə fəaliyyətə başlayıb. Şirkətimizin geniş təcrübəsi müxtəlif telekommunikasiya və Informasiya Texnologiyaları sahəsində unikal həllər təklif edir. Şirkətimizin hal hazırda gördüyü işlərdə ən önəm verdiyi şeylərdən biri də yaşıl texnologiyaların inkişafıdır. Belə ki artıq sıradan çıxmış və iş qabiliyyətini itirmiş akkumulyatorların bərpası üçün Sakuraz Green Energy layihəmiz fəaliyyətə başlamışdır. Bundan savayı ekoloji cəhətdən təmiz kvadroskuterlər vasitəsilə Yanardağda və Balaxanıda Ezone layihəmiz artıq fəaliyyətdədir. Azərbaycanın böyük turzim potensialının üzə çıxarılmasını hədəf almışıq. Azərbaycanda gedərək böyüməkdə olan trafik probleminin həlli üçün və ekoloji problemləri azaltmaq üçün Wingz layihəmiz Bakı və digər şəhərlərdə ekoloji cəhətdən təmiz skuterlərin mikro mobillik üçün mini nəqliyyat vasitəsi kimi tətbiqinə başlamışdır. Hal hazırda Bakı,  Naftalan, Gəncə və Qəbələdə skuterlərimiz artıq nəqliyyat vasitəsi kimi tətbiq olunmaqdadır. Aparıcı dünya istehsalçılarının məhsullarından başlayaraq, mobil cihazlarla və rəqəmsal texnologiyalarla işləmək imkanı yaratmaqla Sakuraz peşəkarcasına öz missiyasını yerinə yetirir.

Biz Azərbaycanda biznesinizi və texnoloji istəkləriniz ərsəyə gətirmək üçün yeni imkanlar üfüqünü təklif edirik.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?