Sahhat Clinic


 "Səhhət" klinikası   yüksək keyfiyyətli tibb  xidmətlərini münasib qiymətlərlə  təklif edir.  Məqsədimiz -  əhaliyə keyfiyyətli və müasir tibbi xidmət göstərməkdir.

   Klinikamız 1999-сu ildən  fəaliyyət göstərir. Bütün bu illər ərzində biz pasiyentlərimizin səhhətinin keşiyində durmaq üçün çalışmışıq. Klinikaya gələn pasiyent bizə,  ən böyük sərvəti olan  sağlamlığını etibar edir və  biz hər zaman bu etibarı doğrultmağa çalışırıq.

Bizim üçün ən önəmlisi - pasiyentlərimizin sağlamlığıdır!

Vaxtınıza qənaət etmək məqsədi ilə bütün xidmətlərdən öncədən yazılaraq yararlanmaq imkanını yaratdıq.

Hər növ tibbi xidmətlərini bir ünvanda tapa bilərsiniz:

- mütəxəssislərin konsultasiyaları

- diaqnostik müayinələr

- tibbi prosedurların geniş spektoru.

Biz tibbi sirrin qorunmasına və şəxsi məlumatların açıqlanmamasına zəmanət veririk. 

Hesab edirik ki, tibb ilk öncə xəstəliklərin profilaktikasına, ağırlaşmaların qarşısının alınmasına yönəlməlidir.

Pasientlərimizi diaqnostik və laborator müayinələrin cavabları, aparılan müalicənin metod və proqnozlarından, dərman preparatlarının təsiri və mümkün əkstəsirindən, eləcə də bütün tibb xidmətlərinin qiymətləri haqda mütləq məlumatlandırırıq.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?