Roveks Konmark -


    25 ildən artıq iş təcrübəsinə malik mütəxəssis tərəfindən 2008-ci ilin aprelində təsis edilmiş “Rovex Conmark” konsaltinq şirkəti bütün növ əmlakların qiymətləndirilməsi sahəsində peşəkar xidmətlər göstərməkdədir. “Rovex Conmark” fəaliyyətinin ilk günlərindən bu günə kimi sadiq qaldığı prinsipləri özü üçün müəyyənləşdirmiş, dayanıqlı imic və bazarda xidmət göstərilməsinin yeni formalarını yaratmışdır. Yüksək peşəkarlıq səviyyəsi və əməkdaşlarımızın böyük təcrübəsi müştərilərimiz üçün münasib olan şərtlər daxilində və onların tələblərinə cavab verən qaydada yüksək keyfiyyətli kompleks xidmətlərin geniş spektrini təklif etməyə imkan verir.