Rortvest Safety Uniform


1997-ciildə təsis edilmiş Coshgun Uniform MMC fərdi mühafizə vasitələrinin, işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir.
2016 - cı ilin aprel ayından şirkətimizin adı dəyişdirilərək, rəsmi olaraq Rortvest Safety uniform adı altında fəaliyyətini göstərir.

Biznes baxışımız:

Bizim fəaliyyətimiz, müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə, onların istəklərini tam qarşılamaqla, müştəri məmnunluğunun tam təmin olunmasına yönəldilmişdir. Biz, uzunmüddətli işgüzar münasibətlər qurmaqla daima satış həcmini artırırmağa çalışırıq. Bizim başlıca məqsədimiz müştərilərə münasib qiymətlərlə yüksək keyfiyyətli və sertifikatlaşmış məhsullar təqdim edərək bazarda mövcud olan tendensiyalar və tələblərlə ayaqlaşmaqdır. Debet Uniform öz fəaliyyətində tədricən, lakin davamlı inkişafı əsas götürmüşdür.

Fəaliyyət yerlərimiz:

Bakı şəhərinin mərkəzinə yaxın yerdə yerləşən geniş ofis və sərgi salonumuz fəaliyyət göstərir. Şirkətimizin həmçinin müasir tələblərə cavab verən böyük istehsalat sahəsi və anbarı mövcuddur. Yerli istehsal, müştərilərin və bazarın tələblərinə daha həssas vərəqabətətə davamlı olmaqda böyük imkanlar və üstünlüklər verir.

İstehsalat:

Müasir texnalogiyalarla və yeni avadanlıqlarla təchiz olunmuş istehsalat sahəmiz, keyfiyyət və təhlükəsizlik sahəsində beynəlxalq standartların tələblərinə cavab verən məhsullar istehsal etməyə imkan verir. Məhsulların istehsalında yalnız yüksək keyfiyyətli xammallardan istifadə olunur. İstehsal olunan ümumi təyinatlı, odadavamlı, görünmə dərəcəsi yüksək olan və başqa tipli işçi geyimləri EN ISO 13688, EN ISO 20471, EN 343, EN 342, EN ISO 11611, EN ISO 11612, EN ISO 14116, EN 1149 kimi Avropa Standartlarının və Fərdi Mühafizə Vasitələri üzrə 89/686/EEC Təlimatının tələblərinə cavab verir.