Renaissance Construction Azerbaijan


Synergy Group”a daxil olan “Renaissance Construction Azerbaijan” MMC Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “Layihələndirmə Lisenziyası” almışdır. “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü üzrə lisenziya 5 il müddətində etibarlıdır və şirkətə aşağıda qeyd olunan işləri yerinə yetirməyə icazə verir:
• ərazilərin şaquli planlaşdırılması və abadlaşdırılmasının layihələndirilməsi;
• bina və qurğuların memarlıq layihələndirilməsi;
• inşaat konstruksiyalarının layihələndirilməsi;
• elektrik təchizatı sistemləri;
• istilik təchizatı sistemləri;
• su təchizatı və kanalizasiya sistemləri;
• rabitə, radio və televiziya şəbəkələri və sistemləri;
• ventilyasiya və kondisionerləşdirmə sistemləri;
• avtomatlaşdırma və nəzarət-ölçü cihazları;
• yanğın-mühafizə siqnalizasiyası, və avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri;
• korroziyaya qarşı mühafizə tədbirlərinin layihələndirilməsi;
• baş layihəçi funksiyasının həyata keçirilməsi;

Qeyd edək ki, “Synergy Group” inşaat layihələrinin beynəlxalq standartlara uyğun həyata keçiriliməsi məqsədilə 2010-cu ildə “Renaissance Construction” beynəlxalq tikinti şirkəti ilə birgə “Renaissance Construction Azerbaijan” MMC-ni təsis etmişdir. Azərbaycanın inşaat bazarına yeni daxil olmasına baxmayaraq şirkət yerli bazarda öz mövqelərini gücləndirməkdədir və bunun üçün Avropa və Amerikanın bir sıra tanınmış tikinti və dizayn şirkətləri ilə əməkdaşlığa başlamışdır.

“Renaissance Construction Azerbaijan” dövlət binaları, mehmanxana, ticarət və biznes mərkəzləri, ağır və yüngül sənaye zavodları kimi müxtəlif inşaat işlərinin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşır. Şirkətin əsas məqsədi Azərbaycanda tikinti sənayesinə beynəlxalq tələblərə cavab verən müasir dizayn, layihələndirmə və inşaat təcrübəsini təqdim etməkdir. Hazırda “Renaissance Construction Azerbaijan” MMC tərəfindən icra olunan layihələrə misal kimi Şabran rayonunda “Qalaaltı Hotel SPA & Resort” müasir mehmanxana kompleksini göstərmək olar.

2010-cu ildə təsis edilən “Synergy Group” ASC 28 müxtəlif inkişafyönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1100-dən çox müxtəlif profilli mütəxəssis çalışır. Qrupun çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı kimi sahələrə iri yatırımlardan ibarətdir. “Davamlı gələcəyə doğru” şüarı ilə fəaliyyət götərən “Synergy Group”a daxil olan şirkətlərin əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?