“Progress Communication MMC”-nin əsası 2006- cı ildə qoyulmuşdur. Şirkətin yaradıcı və mühəndis-texniki heyətinin əsas aparıcı qüvvəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin telekommunikasiya
sahəsində böyük iş təcrübəsinə malik, telekommunikasiya və elektrotexnika sahəsində dünyanın aparıcı şirkətlərindən olan “Tadiran” (İsrail), ”Marconi Company” ( İngiltərə) , “Aselsan” ( Türkiyə) şirkətlərində təcrübə kursları kecmiş, ehtiyatda olan yüksək rütbəli zabitlər olmuşdur. Sonrakı dövrlərdə isə qardaş Türkiyə Respublikasından da mütəxəsislər cəlb edilməklə şirkət fəaliyyət dairəsini daha da genişləndirilmişdir.