Ofis Plus


“Ofis Plus” şirkəti geniş çeşidli ofis məhsulları, avadanlıqları və mebellərinin satışını həyata keçirir. Şirkətin təqdim etdiyi yerli və xarici məhsullar keyfiyyəti və sərfəli qiymətinə görə seçilir. Şirkət Azərbaycan Respublikası ərazisi üzrə bir neçə satış dükanı ilə təmsil olunmaqla yanaşı, çoxfunksiyalı və rahat online satış platformasına malikdir. Şirkət məhsullarını ölkə ərazisi üzrə müştərilərinin ünvanlarına çatdırır. Şirkətin topdan alıcılar və koorporativ müştərilər üçün xüsusi qiymət siyasəti mövcuddur ki, bu da yerli bazarda tərəfdaşların dəstəklənməsinə xidmət edir.

Şirkət ölkə iqtisadiyyatına dəstək məqsədilə yerli məhsulların satışı ilə yanaşı aparıcı Almaniya, İngiltərə, Türkiyə, Fransa, Amerika, Çin və digər ölkələrin məşhur brendlərinin məhsullarını Azərbaycan alıcılarına çatdırır. Bundan başqa şirkətimiz hər növ reklam və poliqrafiya xidmətlərini də öz müştərilərinə təqdim edir.

Şirkətin professional komandası sayəsində müştəriləri uyğun qiymət və yüksək keyfiyyət ilə özəl xidmət əldə edirlər. Şirkət koorporativ müştərilərinə özəl promo məhsullar, müxtəlif reklam məhsulları və poliqrafiya xidmətləri üçün daim yenilənən xüsusi təkliflər təqdim edir. “Ofis Plus” şirkəti Azərbaycan bazarında qeyri-neft sektorunun inkişafına dəstək və yerli brendlərin yaradılması məqsədilə ofis mebeli və ləvazimatları sahəsində bir sıra məhsulların istehsalını əyata keçirir. Belə ki, şirkət keyfiyyəti ilə xarici məşhur istehsalçılardan heç də geridə qalmayan, original dizayna malik ofis mebelləri istehsal edir.

Müştərilərimiz ofislərinə uyğun mebelləri online satış veb saytımız və ya xüsusi sifariş ilə əldə edə bilirlər. Şirkətimiz təbiətin qorunması məqsədilə müxtəli innovativ texnologiyaların tətbiqini həyata keçirir. Belə ki, müxtəlif ölçülü şirkətlər üçün kağız və yazı ləvazimatlarına qənaət məqsədilə şirkətimiz tərəfindən electron sənəd dövriyyəsi proqram təminatı hazırlanmışdır.

Əlavə olaraq, şirkətimiz innovativ smart ofis mebellərinin istehsalını həyata keçirir. OfisPlus şirkəti ofislərdə istifadə olunan kompüter texnikası və periferiya qurğuları, giriş çıxışa nəzarət sistemləri və təhlükəsizlik sistemlərinin satışı və quraşdırılmasını də həyata keçirir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?