Nurstone MMC


NURSTONE şirkəti 2008-ci ildə qurulduğu dövrdən etibarən müstəsna fəaliyyət göstəricilərinə nail olmuşdur. Şirkət dekorativ mərmər daşların ən yüksək keyfiyyətini təklif edir. Eyni zamanda iri miqyaslı layihələrin qısa müddətdə beynəlxalq standartlara uyğun tikintisi sahəsində ixtisaslaşan şirkət olaraq həm də tikinti-inşaat işlərinin keyfiyyəti baxımından sayılıb-seçilən möhtəşəm layihələrə imza atmışdır. 

Layihərimizin əksəriyyətində ilkin dizayn konsepsiyasından tutmuş, tikinti-inşaat işlərinin idarə olunmasına qədər, müştərilərimiz və onların sərmayədarları ilə yaxından əməkdaşlıq edirik. 
Bu yanaşma istənilən obyektin tikintisi üçün göstərdiyimiz ilkin səy və cəhdlərimizi müştəriləri tam qane edəcək bir şəkildə tamamlamağa imkan yaradır. 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?