Mərcan Su


“Mərcan su” şirkəti 2007-ci ildən etibarən qablaşdırılmış su istehsalçısı olaraq fəaliyyət göstərməkdədir. “Mərcan su” ABŞ istehsalı olan müasir və tam avtomatlaşdırılmış avadanlıqlardan istifadə etməklə qablaşdırılır.Müasir istehsal texnologiyalarının tələblərinə uyğun olaraq “ Mərcan su” ozonlaşma, yumşaltma, ultrafeolet şüalandırma sistemindən keçirilərək təmizlənir və 1 mikronluq təmizləyici su filterlərindən keçirmə proseslərindən sonra su istehsalı sahəsində ən son istifadə edilən minerallaşdırıcı menbran sistemində minerallaşdırılaraq müştərilərimizin istifadəsinə verilir. Şirkətimiz, hazırda minlərlə fərdi və yüzlərlə korporativ müştərisi vardır. “Mərcan su” şirkətinə Azərbaycan Respublikası Səhiyyə Nazırliyi, Gigiyena və Epidemiologiya mərkəzinin gigiyenik sertifikatı, Azərbaycan Respublikası Standartlaşdırma , Metrologiya və Patent üzrə Dövlət Agentliyinin uyğunluq sertifikatı verilmişdir. 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?