Megafun Əyləncə Mərkəzi


Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat memarlıq və keyfiyyət baxımından Bakının ən çox rəğbət görən bir neçə komplekslərinin müəllifidir. Bunların arasında “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” komplekslərinin adları xüsusilə vurğulana bilər. Hal-hazırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyata keçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir.

Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013-ci ilin dekabrın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi. Yenilənən Megafun hal-hazırda 17 coğrafi zonadan ibarətdir. Ümumi sahəsi 30000 m2-ə çatmışdır.

Artıq burada kiçik qonaqlar üçün karusel və yelləncəklərlə bərabər, Magic Jungle adlı Bakının ən böyük güzgülü labirinti, 7 nəhəng dinozavrı ilə uşaqları nağıllar aləminə qərq edən DinoPark və yüzlərlə yeni attraksion və oyun aparatı ilə “ Megafun” böyükdən kiçiyə hər kəsin ən sevdiyi əyləncə obyektinə çevrilmişdir.

Megafun Əyləncə Mərkəzi həftə içi günlər saat 14:00-dan 23:00-dək, şənbə və bazar günləri (bayram və qeyri-iş günləri) isə saat 11:00-dan 23:00-dək fəaliyyət göstərir.

Megafun Əyləncə Mərkəzinə giriş ödənişsizdir.

Attraksion və əyləncə vasitələrindən istifadə etmək üçün 1 növ kartımız mövcuddur:  Balans kartı.

2012-ci  ildə  yaranmasının  10-cu  ildönümündə Yeni Həyat Şirkətlər Qrupu Azure kompleksində Avropanın ən böyük Qapalı Əyləncə Mərkəzi “Megafun”-ın fəaliyyətinə start verdi. Açılış müddətində əyləncə mərkəzi kompleksin sadəcə 3-cü mərtəbəsində məskunlaşaraq 200-dən çox attraksion, oyun aparatı, təbii buz meydançası, Bakıda ən böyük boulinq (14-ü böyüklər, 2-si uşaqlar üçün olmaqla cəmi 16 xətli), 4,5 və 6D kinoteatrlar, lazer oyunları, qorxu tuneli, toqquşan maşınlar, qayıqlar və daha bir çox digər əyləncə vasitələrindən ibarət idi.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?