LSP MMC


"LSP service" əmtəə nişanı altında xidmətləri "LSP" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Şirkət") həyata keçirir. Şirkət 2014-cü ildən uğurla vətəndaşlara və təsərrüfat fəaliyyətinin subyektlərinə yüksək səviyyədə xidmət göstərir və bu səbəbdən də bu günə kimi fəaliyyətini uğurla davam edir.

Şirkət hal-hazırda hüquqi, e-xidmətlər üzrə konsaltinq, möhür/ştamp və ciddi hesabat blanklarının hazırlanması xidmətlərini həyata keçirir. Şirkətin əməkdaşları qəbulu Bakı və Sumqayıt "ASAN xidmət" mərkəzlərinin hüquqi yardım kabinetlərində  təşkil edirlər. 

Şirkətin fəaliyyətinə cari rəhbərliyi baş hüquqşünas edir. Şirkətin bütün işçi heyəti yüksək səviyyəli peşəkarlardan ibarətdir. Hüquqşünaslar qəbul ünvanlarında bütün növ hüquqi, e-xidmətlər üzrə konsaltinq xidmətlərini göstərirlər, habelə möhür/ştamp və ciddi hesabat blanklarının hazırlanması üçün sifarişləri qəbul edirlər, möhür/ştamp və ciddi hesabat blanklarının hazırlanması işlərini isə, yüksək texnoloji avadanlıqlarda dizayner-texnoloq həyata keçirir. Həmçinin xüsusi qeyd etmək istərdik ki, möhür/ştamp və ciddi hesabat blanklarının hazırlanması zamanı, hüququşünaslar hazırlanan məhsulların qanunvericiliyin tələblərinə uyğun olmasına nəzarət edirlər.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?