Linguist Dil Mərkəzi


Linguist Dil Mərkəzi dil təhsilində ixtisaslaşır. 1994-cü ildə Əsrin kontraktı imzalandıqdan sonra bir çox xarici şirkətlər Bakıya gəlməyə başladı. Neft o vaxtlar olduğu kimi indi də Azərbaycanın əsas təbii sərvəti olaraq qalır və bir çox şirkətləri ölkəmizə cəlb edir. Yaxşı xarici dil biliyi olan peşəkarlara o vaxtdan böyük tələbat var.Yerli bazarı araşdırdıqdan sonra biz belə bir nəticəyə gəlmişdik ki, peşəkarlara xarici dil dərsləri verən kurslar kifayət qədər deyil.Linguist Dil Mərkəzi təhsil sahəsindəki bu boşluğu doldurmaq üçün 2010-cu ilin yanvarında quruldu. Bizim əsas məqsədimiz insanların bir-birini anlamasına və rahat ünsiyyət qurmasına kömək olmaqdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?