Kilim Mebel


Artıq 40 ildir fəaliyyət göstərən Kilim mebel keyfiyyət və dizayn baxımından öndə gedən makalardandır. Türk mebel sektorunun ixracat sahəsində dünyada ad qazanmağı bacarmış markalardan birinə çevrilmişdir. Kilim Mebel yataq otağı, qonaq otağı, uşaq və gənc otağı dəstlərini insanların rahatlığı üçün istehsal edir.


Kilim mebel Türk mebel sektorunun ixracat sahəsində dünyada ad qazanmağı bacarmış markalardan birinə çevrilmişdir. Müasir dizaynlı məhsullarında funksiyonallığı ön plana çıxararaq, bunu eleqant və zərifliklə bütünləşdirən Kilim mebel öz sektorunda ehtiyaclara cavab verə biləcək geniş bir məhsul rəngarəngliyinə malikdir.

Şirkətimiz istehsal etdiyi hər bir məhsul növünə 2 il müddətində zəmanət verir "Mebelin çatdırılması" dedikdə mebelin alındığı məkandan onun sifarişçi tərəfindən göstərilmiş ünvana (ev və digər) daşınması (yükləmə, daşıma, boşaltma, ünvana qədər qaldırma) nəzərdə tutulur. Mebelin ünvana çatdırılması Bakı-Sumqayıt bölgələrinə şirkətimiz tərəfindən sizə təklif etdiyimiz ödənişsiz, lazımı avadanlıq, nəqliyyat vasitələri və personala malik xidmətdir. Digər bölgələrə şirkətimiz tərəfindən razılaşma yolu ilə çatdırılır.

 Mebelin  ünvana çatdırılması "Mebelin çatdırılması və quraşdırılması təlimatı"-na müvafiq olaraq həyata keçirilir. Sizə, öz imkanlarınız hesabına mebelin daşınmasını həyata keçirməyinizi tövsiyyə etmirik. Çünki, mebel daşınmasını və quraşdırılmasını müstəqil olaraq həyata keçirdikdən sonra, ortaya çıxan çatışmazlıqlar zəmanət xidməti daxilində təmin olunmur. 

Zəmanət şərtləri:

  • Zəmanət müddəti mebelin ünvana catdırıldığı gündən başlayır və 24 aydır.
  • Satılmış mebelin bütün hissələri zəmanətlidir.
  • Zəmanət müddəti daxilində montaj xətaları, istismar zamanı material qüsurları (usta ekspert tərəfindən istehsal xətası təstiqlənərsə), dəyişdirilən mebel, mebelin hissələrinin dəyəri, xidmət xərcləri və ya başqa xərclər şirkətə aiddir. 

Zəmanət şərtlərinə daxil olmayan hallar:

  • "Mebelin ümumi istifadə qaydası"-nın şərtlərinin pozulması şirkətin təyin etmədiyi ustalar tərəfindən qurulması nəticəsində yaranan qüsurların meydana gəlməsi;
  • Zəmanət müddətinin bitməsi;
  • Mebelin üzərində mexaniki zədələrin olması;
  • Mexanizmlərin icazə veriləndən əlavə yüklənməsi;
  • Mebelin təbii fəlakət (sel,yanğın,bədbəxt hadisə) nəticəsində zərər görməsi;
  • İstehlakçı tərəfindən bilərək və ya bilməyərək mebelə fiziki zərər yetirilməsi;
  • Mebelə, təmir məqsədi ilə şirkətimizin təyin etmədiyi şəxslərin və ya qurumların müdaxilə etdiyi halların aşkar edilməsi;
  • Təmizləmə zamanı mebelə zərər yetirə biləcək maddələrdən istifadə olunması;

Yuxarıda sadalanan hallarda xidmət ödənişlidir və şirkətimizin təyin etdiyi qiymətlərlə həyata keçirilir.

 

 



 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?