Kepro Shop


Şirkətin adı Kosmetic-Equipment-Professional söz birləşmələrindən yaranıb, tərcümədə “Professional kosmetika və aksesuarlar” deməkdir.

Keproshop necə yaranıb?

20-ci əsrin daimi artan iş ritmi işgüzar Avropa xanımlarının salonlara lazımlı dərəcədə vaxt ayırmağına imkan yaratmırdı. Ev şəraitində professional qulluq üçün bilik və məhsul tələb olunurdu. Bununla bərabər gözəllik sənayəsi mütəxəssislərinə lazımlı məhsulları bir məkanda tapmaq üçün bir ünvan lazım idi. İtalyanın salon biznesinin ən yaxşı mütəxəssislərindən olan –Piergiorgio Belinghieri Keproshop adı altında yeni bir ideya ilə bazara daxil olur. Keproshop mağazalarının keyfiyyətli və professional məhsulları İtaliya xanımlarının diqqətini cəlb etdi. Xanımlar vaxtlarını və külli miqdarda pullarını salonlarda professional qulluğa itirmirdilər. Onlar Keproshopdan aldıqları məhsullar ilə ev şəraitində özlərinə professional qulluq edirdilər.
Öz peşəmizə qarşı olan hədsiz maraq, sevgi və məhsuliyyətə görə İtaliyanın xaricində, birinci Keproshop mağazasını Azərbaycanda açdıq.

Keproshop nə deməkdir?

Keproshop bu gün öz sahəsində salon mütəxəssislərinə, kosmetoloqlara, sağlam və effektiv xarici görünüşü sevənlərə professional aksesuarlar və seçilmiş vasitələr təqdim edən ən yaxşı mağazadır. Gözəllik sahəsində nüfuzlu və daima artan çeşidli markalar Keproshopda təqdim olunub.
Keproshopda professional stilistlərin, kosmetoloqların, SPA, manikur və pedikür mütəxəssislərinin və adi istifadəçilərin fəaliyəti üçün 120 brend və 5000-nə yaxın müxtəlif məhsullar xidmət göstərir.
Professional məsləhətçilərin köməyi ilə siz yerindəcə lazımlı məlumatı əldə edə bilərsiniz. Gün ərzində çağrı mərkəzi sizin bütün suallarınızı cavablandıracaq və sosial şəbəkələrdə aktivsinizsə, Facebook və ya İnstagrama müraciət edə bilərsiniz.
Bizim müştərilərimiz ən yüksək keyfiyyətə ve xidmətə hər zaman güvənə bilərlər, buna mağazalarımıza gələrək də əmin ola bilərsiniz. Əminik ki, bu yanaşma online satışdada olacaq.
Gözəlliyinizi qorumaq üçün KEPROSHOPA yaxın olun!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?