Kəlağayım


Biz, sizlərə Azərbaycanın ən gözəl guşələrindən olan Şəki şəhəri və Basqal qəsəbələrində 100 faiz təbii ipək və rənglərdən hazırlanmış ipək kəlağayıları təklif edirik.

100 faiz təbii ipəkdən əl işi ilə hazırlanmış, gözoxşayan bağlamalarda qablaşdırılmış, münasib qiymətlə təklif edilən kəlağayılar sizin yaxınlarınız və əzizləriniz üçün ideal hədiyyə olacaqdır.

Kəlağayı – gözəl Azərbaycan xanımlarının özünəməxsus, yumşaq ipəkdən hazırlanmış dördbucaq şəkilli baş örtüyüdür. İpək kəlağayı həm gün istisindən həm də soyuqdan qoruyur, çünki ipək yayda sərin, qışda isə isti olur.

Kəlağayılar əsasən kvadrat şəkilli və 150x150 və 160x160 ölçülərində olur.

Hər hansı bir kəlağayının ən vacib hissəsi onun üzərində “basmanaxış” metodu ilə işlənmiş naxışlarıdır. Kəlağayının kənar və mərkəzi hissələrindəki naxışlar botanik, izomorfik və həndəsi fiqurlarla bağlıdır və onların hər birinin öz mənaları var. Kəlağayıda istifadə olunan əsas naxış butadır.

Ən məşhur kəlağayılar “Şah buta”, “Saya buta”, “Xırda buta”, “Heyratı”, “Soğanı”, “Albuxarı”, “Qonşuçatladan”, “Bağdadi”, “Bəstənigar”, “İstiotu”, “Gəlinlik”, “Qızılı”, “Mixəyi”, “Yemişanı” və “Zeytuni”dir.

Kəlağayı geyinən Azərbaycan xanımı çox gözəl və cazibədar görünür, çünki o, bizim adət və ənənələri özündə daşıyır. Kəlağayı, gözəllik, zəriflik və şərəf simvoludur.

 

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?