ITSM şirkəti ölkənin peşəkar IT xidmətlər və geniş çeşiddə məhsullar təklif edən, fəaliyyətində müştəri məmnuniyyətini əsas hədəfi müəyyən etmiş şirkətlərindəndir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edən “ITSM” MMC-nin fəaliyyət sahəsinə sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, IT sahəsində məsləhət xidmətləri, o cümlədən, IT təchizat xidmətləri daxildir. Uzun illərin təcrübəsinə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına və nəticə etibarilə bir çox biznes sahələri üçün etibarlı biznes tərəfdaşına çevrilməsinə gətirib çıxarmışdır.