Iteca Caspian LLC


   

2000-ci ildə yaradılmış “Iteca Caspian LLC” şirkəti, beynəlxalq sərgi təşkilatçılardan biri – “Hyve Group” şirkətinin tərəfdaşıdır. “Hyve Group”, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən sərgilərin və konfransların təşkili ilə məşğul olan şirkətlərin və qurumların birliyidir. Şirkətin qərargahı Londonda yerləşir.

"Iteca Caspian" Azərbaycanda sərgilərin və konfransların aparıcı təşkilatçılığı ilə öz fəaliyyətini doğrultmuşdur. “Iteca Caspian” şirkətinin tədbirləri Azərbaycan dövlət qurumlarının rəsmi dəstəyi ilə keçirilir. Şirkətin portfoliosuna Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransı və Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi kimi tədbirlər daxildir.

Ümumdünya Sərgi Sənayesi Assosiasiyası  (UFI), Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə “UFI tərəfindən bəyənilmişdir” nişanını təqdim etmişdir.

“UFI tərəfindən bəyənilmişdir” nişanı tədbirlərin yüksək təşkilati səviyyəsini vurğulayır, onların, biznesin inkişafına və sənayenin formalaşmasına təsir göstərdiyini, həmçinin statistikanın doğruluğunu təsdiq edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?