Interactive Media


Ölkəmizdə istehlakçıların çox yüksək sürətlə digital aləmə keçid dövrünü yaşaması şirkətlərin bu imkandan yararlanmasını labüd edir. Artıq Google, YouTube, Instagram və bir çox veb saytlar insanlar üçün araşdırma, əyləncə, təhsil və informasiya mənbəyinə çevrilmişdir. Buna görə də, dünyada artıq ənənəvi reklamı üstələyən digital reklam ölkəmizdə də artan trendlə müşahidə olunmaqdadır. Digər tərəfdən çox sürətlə inkişaf edən digitallaşma dövrü ilə ayaqlaşa bilmək son dərəcə peşəkarlıq və yenilik tələb edir.

Qarşısına müştərilərini ən son texnologiya ilə digital dünyada böyük nailiyyətlərə çatdırmağı məqsəd qoymuş Interactive Media onlayn marketinq sahəsində yüksək dərəcədə ixtisaslaşmış bir şirkətdir. Məqsədimiz bu sahədə Azərbaycanın ən güclü şirkəti olmaqdır.

Müştərilərimizin onlayn kampaniyalarını idarə edən əməkdaşlarımız Avropada və başqa xarici ölkələrdə onlayn marketinq sahəsində iş təcrübələri toplamış və xidmət göstərdikləri ayrı-ayrı reklamlar üzrə sertifikatlı peşəkarlardan ibarətdir.

Müştərilərimizə təklif etdiyimiz xidmətlərə bir sıra kanallarda və platformalarda onlayn reklamların təşkil olunması, reklamların performans analizi, istifadəçi davranışının izlənilməsi, veb saytların analizi, yaradılması və s. daxildir. Interactive Media xidməti ən son texnologiyanın tətbiqi ilə yanaşı, şəffaf iş prosesi, daimi müştəri əlaqəsi və reklamların göstərdikləri performansa dair mütəmadi məlumatın verilməsi ilə seçilir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?