Havas Worldwide Baku -


    Reklam və media sahəsi üzrə dünyanın ən böyük kompaniyalarından biri, əsası hələ 1835-ci ildə qoyulmuş Havas-ın hazırda 100-dən çox ölkədə 20.000 əməkdaşı çalışır. Bu böyük ailənin bir hissəsi olan Havas Media Azerbaijan reklam agentliyi kreativ və innovativ yanaşması ilə Azərbaycanın ən qabaqcıl media və reklam şirkəti olmağı hədəfləyir. Mərkəzi ofisi Bakı şəhərində yerləşən şirkət reklam işlərini yaradıcı və fərqli biznes ideyaları əsasında hazırlamağı bacaran ixtisaslaşmış peşəkar heyətə malikdir. Havas Media Azerbaijan Media, Creative və Digital olmaqla 3 bölməsi ilə artıq 10 ildən çoxdur ki, Azərbaycanda professional media və reklam xidməti göstərir.