GPS Solutions


2013-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.

“GPS Solutions” komandasının başlıca məqsədi istənilən müştərinin tələbatını maksimal həddə ödəyə biləcək nəqliyyat vasitələrinin yüksək keyfiyyətli monitorinq və nəzarət sisteminin yaradılmasıdır.

Biz bazarı öyrənərək, hər bir alt sistemi üçün ən mükəmməl həlləri götürüb birləşdirmişik və bu gün öz müştərilərimizə hazır, konkret məqsədlər üçün optimallaşdırılmış həllər təklif edirik.

Şirkət daim öz məhsullarını və həllərini təkmilləşdirir, istənilən biznes sahəsində istifadə üçün nəzərdə tutulmüş yeni təkliflər hazırlayır.

“GPS Solutions” şirkətinin işçiləri İT, GIS, M2M, GPS və naviqasiya sistemləri sahəsində yüksək ixtisaslı mütəxəssis və ekspertlərdir.

Şirkət İSO 9001-2008 uyğun olaraq sertifikatlaşdırılmışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?