Gələcəyini Qur! Layihəsi


“Gələcəyini Qur!” nədir?

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə təşkil olunur və bir sıra şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində, eyni zamanda fərdi sponsorların dəstəyi sayəsində həyata keçirilir. “Gələcəyini Qur!” layihəsi “Build Your Future” MMC tərəfindən icra olunur.

Layihənin məqsədi

“Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.

Layihənin əhatəsi

Bakı: Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai rayonları

Regionlar: Ağdaş, Kürdəmir, Salyan, Ucar, Yevlax

Hədəf qrupu

Yüksək potensial və təhsil almaq istəyinə malik olan11-cu sinif şagirdləri

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?