Mebeldə dizayn, funksionallıq, rahatlıq və vizual bəyənmənin xaricində bu günün texnologiyasıyla iqtisadi və keyfiyyətli məhsul yaratmaq da böyük rol oynayır.
Fransanın Atlantik okeanı sahillərində, gözoxşayan, mənzərəli Vande vilayətində ətraf-mühitə qayğıkeş münasibəti ilə tanınan Fransanın ən böyük mebel fabriklərindən olan Gautier yerləşir.
1958-ci ildən bu yana, illərin təcrübəsi və yarım əsrlik (50 illik) müvəffəqiyyət hekayəsi ilə mebel sektorunun lider quruluşu olmağı bacaran GAUTIER Mebel, məhsul müxtəlifliyi, dizayn fərqlilikləri, keyfiyyət anlayışı və satış sonrası xidmətləri ilə Fransanın önəmli markaları arasında iştirak edərək sektora əlavə dəyər təmin etməyə və daim yeni layihələr üzərində çalışmaqda davam edir.
İstehlakçı mərkəzli yanaşması ilə sektorun ehtiyac və istəklərini hər nöqtədə məhsullarına və xidmətlərinə ən yaxşı şəkildə əks etdirən Gautier Mebel, ev dekorasiyasında yeni meyl və trendləri nəzərdə tutaraq bütün istehsal və xidmət müddətlərini davamlı inkişaf etdirir. Yenilikçi xətti ilə müasir istehsal və satışa çıxarma anlayışını sektordakı təcrübəsi ilə birləşdirən Gautier, eyni zamanda mebel sektorunda standartları davamlı yüksəltməyi hədəfləyir.
Rahatlıq və keyfiyyətdən güzəşt vermədən hazırlanan məhsullarını evlərdə fərqlilik yaratmaq istəyənlər üçün gözəlliyi rahatlıqla birləşdirən Gautier, bir-birindən xüsusi modellərini geniş məhsul qruplarında əks etdirir. Qonaq otağı qruplarından yataq otağına, yemək otağından uşaq və gənc otaqlarına, ofis mebellərinə, qarderoblara və dəhliz mebellərinə qədər bir-birindən xüsusi kolleksiyalar təqdim edən Gautier, minlərlə məhsulu fərqli zövqlər və məkanlar ilə görüşdürür.
Mebel sektorunda əmin addımlarla fəaliyyətini davam etdirən Gautier, milli və beynəlxalq rəqabət mühitində və qloballaşan dünyada yenilikçi və ətraf-mühitə həssas bir quruluş olaraq çalışmaqdadır.
Müştəri istəklərinin qarşılanmasında məhsulun yalnız iqtisadi yöndən əlverişli olması deyil, eyni zamanda keyfiyyətli, etibarlı olması və zamanında qarşılanması da əhəmiyyətli bir rol oynamaqdadır. Fransada yüksək dəbdəbənin, tərzin və zərifliyin ən gözəl nümunəsi olan Gautier istehsal keyfiyyəti və ekologiya sahəsində üç sertifikat (ISO 9001, ISO 14001, OHSAS 18001) sahibi olmuş ilk Avropa şirkətidir.