Focus Optika


Ölkənin ən böyük optik mağazalar şəbəkəsi olan Focus Optika 2016-cı ilin mart ayında fəaliyyətə başladı. Yarandığımız gündən etibarən Azərbaycanın optika sənayesinin inkişafında böyük rol oynayaraq atdığımız addımlarla bir çox yerli müəsisələrə örnək olduq.

Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən Focus Optika hazırda Azərbaycanın ən böyük Optik Şəbəkəsidir. Dəyərlərimizi ön planda tutaraq dünyanın ən qabaqcıl texnologiyası olan Free-Form texnologiyası ilə hazırlanmış optik şüşələri və son dəbə uyğun çərçivə və gün eynəklərini müştərilərə zəmanətlə təqdim edirik. Əsas məqsədimiz insanları göz sağlamlığı mövzusunda maarifləndirərək onları doğru istiqamətləndirmək, təcrübəli optik məsləhətçilər və oftalmoloqların nəzarətində müştəriləri onların ehtiyacına ən uyğun məhsullarla təmin etməkdir.
Краткое описание компании
MİSSİYA
Peşəkarların nəzarəti altında son texnologiya ilə hazırlanmış məhsulları müştərilərə keyfiyyətli xidmət və uyğun qiymətlərlə təqdim edərək, onların ehtiyac və tələblərini ən yaxşı şəkildə qarşılamaq.

VİZYON
Optik xidmət sahəsində etibarlı, dürüst, yüksək keyfiyyətli xidmət konsepsiyası yaratmaq və ən çox tərcih edilən optika şəbəkəsinə çevrilmək.

DƏYƏRLƏR
- Müştəri məmnuniyyəti; peşəkar xidmət və keyfiyyətli optik məhsullarımızla müştərilərimizi məmnun edə bilirik.
- Keyfiyyət; təqdim etdiyimiz məhsulların və xidmətin keyfiyyətindən əminik.
- Cəmiyyətə dəyər qatmaq; həyata keçirdiyimiz maarifləndirici fəaliyyətlə şüurlu cəmiyyət fomralaşdırmağı hədəfləyirik.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?