Expert SM


Expert SM hüquq şirkəti 2002-ci ildə Bakıda yaradılmışdır. Expert SM şirkəti 2011-ci ilin yanvar ayında EDTP – Peşəkar hazırlıq və sahibkarlığın inkişafı proqramı sertifikatını almışdır (EDTP yerli biznesin inkişafına köməklik məqsədi ilə BP-nin təşəbbüsüdür, BP şirkəti və onun Azərbaycandakı partnyorları tərəfindən maliyyələşdirilir. Proqram BP-nin və onun partnyorlarının yerli Azərbaycan şirkətləri ilə kontraktlarının sayının artması və bununla da yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına imkan yaratmaq üçün BP-nin səylərinin bir hissəsidir).

Mart 2011-ci il tarixdən “Ekspert SM” şirkəti Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının üzvüdür.

Bizim firmanın yaranmasından az bir müddət keçməsinə baxmayaraq, biz böyük müvəffəqiyyətlər qazanmışıq. Bu müvəfəqiyyətlərin əsasını şirkətin əməkdaşlarının uzun illər müddətində əldə etdikləri yüksək praktika təşkil edir. Bu vaxt ərzində Expert SM firmasının hüquq firması kimi müxtəlif hüqüqi yardım və konsaltinq xidməti, hüquqi şəxslərin yaradılması və onların fəaliyyətinin koordinasiyası sahəsində ixtisaslaşmış dinamik reputasiyası formalaşmışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?