EUROSERVİSE MMC


2015-ci ildə dövlət qeydiyyatından keçmiş “Euroservise”mmc şirkəti qısa bir müddətdə Azərbaycan Respublikası ərazisində xidmət sahəsində rəsmi lisenziyalı tanınmış şirkətlərdən birinə çevrilmişdir. Şirkətin ilk əsas fəaliyyəti qaz xətlərinin layihələndirilməsini, qaz xətlərinin çəkilişini və qaz sayğaclarının quraşdırılmasını yüksək keyfiyyətlə və sərfəli qiymətlərlə həyata keçirmək olmusdur.

Şirkətimizin qaz xətlərinin çəkilişi və layihələndirilməsi üçün aldığı Lisenziyalara əsasən 2016-2017-ci illərdə “Euroservise” mmc ilə “Azeriqaz” IB arasında bağlanmış müqavilələr əsasında Respublika ərazisində fərdi evlərin qazlaşdırılmasında fəal istirak etmişdir.

Daha sonra 2019-cu ildə şirkətimiz dövlət proqramı çərçivəsində regionların qazlaşdırılması sahəsində verilən sifarişləri vaxtından əvvəl və yüksək keyfiyyətlə yerinə yetirmiş ve həmin dövürdə Quba rayonu Afurca kəndinin 330 evlik, Bakı şəhəri, Maştağa qəsəbəsi Savalan 320 evlik yeni yaşayış massivinin qazlaşdırılmasını bütün norma və standartlara uyğun olaraq təhvil vermişdir.

Son 3 ildə kifayət qədər maddi-texniki bazaya malik olan şirkətimiz tikinti sahəsində də öz bacarıqlarını sınayaraq tenderlərdə iştirak etmiş və bir çox tenderlərin qalibi olmuşdur. Yeni alinmis tikinti lisenziyası əsasında əsaslı təmir, cari təmir və istilik sistemlərinin quraşdırılması ücün alinmis sifarişlər bacarıqlı ustalarımızin əməyi sayəsində layiqincə yerinə yetirilir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?