Eurodesign CSC


Eurodesign 20 ildən artıq bir müddətdir ki, IT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihənin idarə edilməsi sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət yarandığı gündən etibarən İT xidmətləri, sistem inteqrasiyası, İT konsultasiya və layihələrin idarə edilməsi üzrə ixtisaslaşıb və öz müştərilərinə istər Azərbaycan, istərsə də Gürcüstanda telekommunikasiya sahəsində ən yüksək səviyyəli xidmət və müasir həll üsullarını təklif edir. 

2015-ci ildə istehlakçıların loyallığını və brendin tanınmasını artırmaq məqsədilə şirkət rebrendinq həyata keçirib. Hazırda şirkətin şüarı belə səslənir: «EURODESIGN: Your technology designer» (EURODESIGN: Sizin texnologiya dizayneriniz).

Şirkətin ştatına peşakarlıq səviyyəsi müvafiq sertifikatlarla təsdiq olunmuş 200-dən artıq təcrübəli mütəxəssis daxildir. Bunların arasında Azərbaycan üçün unikal sayılan sertifikatlar da mövcuddur.

EURODESIGN şirkəti Baku 2015 Birinci Avropa Olimpiya Oyunlarının, habelə bir sıra başqa irimiqyaslı layihə infrastrukturlarının hazırlanmasında həqiqətən nəhəng təcrübə əldə etmişdir.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?