Eco Park


Ecopark MMC 2015-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərındə yaranmışdır. Zaman keçdikcə daha da inkişaf edərək hal-hazırda müştərilərini ən geniş xidmət portfoliosu ilə təmin edərək fəaliyyət göstərdiyi bazarda liderlik edir.

Azərbaycan Respublikasında ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını qarşılamaq üçün ekoloji sistemlərin qorunması, iqtisadi gücün və təbii ehtiyyatlardan səmərəli istifadəsi vasitəsilə inkişafı təmin etməkdir. Şirkətimiz anlayır ki, biznesin idarə olunması elə şəkildə təşkil olunmalıdır ki, o ekoloji problemləri tam şəkildə əks etdirsin. Bizim əsas məqsədimiz Ecopark MMC olaraq ətraf mühitdə ekoloji mədəniyyətin yüksək səviyyədə inkişafı və qorunmasıdır. Bu ondan irəli gəlir ki, bizim biznesimizin əsas hədəfi iş prosesində çirkləndirmənin sıfıra bərabərləşdirilməsidir.

Ecopark MMC nəinki öz kollektiv daxili, həm də təchizatçılar və podratçılar arasında da pozitiv və aktiv ekoloji mədəniyyətin inkişafına diqqət yetirir. Ecopark MMC-nin fəaliyyəti ekoloji təsirin azaldılması məqsədi ilə ətraf mühitin qorunmasına və mükəmməlləşdirilməsinə yönləndirilib.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?