Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)

Azərbaycan AYİB-ə 25 sentyabr 1992-ci ildə qoşulmuşdur. Azərbaycan Respublikasından AYİB-dəki rəhbər şəxs İqtisadiyyat naziri Şahin Mustafayev, alternativ rəhbər şəxs isə Maliyyə naziri Samir Şərifovdur.

Bankla Azərbaycan arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi ilə tənzimlənir. Yeni Strategiyaya əsasən, aşağıdakı istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsi AYİB üçün prioritetdir:

  • Rəqabət qabiliyyətliliyə və yaxşı idarəçiliyə dəstək vasitəsilə iqtisadi şaxələndirmənin təşviqi;
  • Maliyyə bazarlarının inkişaf etdirilməsi vasitəsilə dözümlülüyün artırılması;
  • Yaşıl iqtisadiyyata keçidə və regional rabitəliliyə dəstək.

Azərbaycana yatırılmış investisiyalar: 3.63 mlrd. $ (168 layihə):

  • 68 mlrd. $ (11 layihə) dövlət zəmanətli;
  • 95 mlrd. $ (157 layihə) özəl sektor.

Dövlət zəmanətli kreditlər

  • İcrası başa çatıb: 9 layihə (5 nəqliyyat, 3 enerji, 1 su) - 480 mln. $;
  • İcrada olan: 2 layihə (1 yol tikintisi, 1 enerji) - 1.2 mlrd. $.

Özəl sektor

  • 157 layihə maliyyələşdirilib. Sahələr: banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa kredit ayrılması;
  • 2017-ci ildə 8 layihə - 39 mln. avro. Maliyyə sektoru: 6 mln. avro, İstehsal sektoru: 33 mln. avro (qənnadı məmulatları, su və şirin içkilər, mis və kabel);
  • 2018-ci ildə 4 layihə - 16.1 mln avro.

AYİB-in yaratdığı Səhm İştirak Fondunda (Ümumi dəyəri 350 mln. avro) AR Dövlət Neft Fondu 100 mln. avro kapital qoyuluşu ilə iştirak edir.